 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Bu gün səhər tezdən Ermənistanın təhlükəsizlik qüvvələri yenidən “Daşnaksütyun” üzvlərinin evlərində əməliyyatlara başlayıblar.
Musavat.com-un məlumatına görə, bu barədə Ermənistanın “Daşnaksütyun” ali orqanının ictimaiyyətlə əlaqələr idarəsinin bəyanatında deyilir.
“Hazırda Ermənistan Milli Assambleyasının üzvü Qeqam Manukyanın və Ermənistan Daşnaksütyun ali orqanının aparatının rəhbəri Vaan Matinyanın evində axtarışlar aparılır”, - deyə məlumatda bildirilir.
Musavat.com
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ