Onlayn ictimai-siyasi qəzet
Daşkəsəndə üzərinə benzin tökərək yandıran qazi Ədalət İsmayılov Bakıda xəstəxanada dünyasını dəyişib.
Musavat.com xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat veriblər.
Xatırladaq ki, ötən gün Daşkəsəndə 28 yaşlı oğlan özünü yandırması ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılmışdı.
Daha sonra məlum oldu ki, hadisə rayonun mərkəzində qeydə alınıb. Rayonun Çıraqlı kənd sakini 1996-c il təvəllüdlü Ədalət İsmayılov üzərinə benzin törəkərək yanırıb. Ağır yanıq xəsarətləri alan 28 yaşlı Ədalət İsmayılov Gəncə şəhərində yerləşən xəstəxanaların birinim reanimasiya şöbəsinə yerldirilib.
Yaralının vəziyyətin ağır olduğundan Bakı şəhərinə gətirilib.
Qeyd edək ki, Ədalət İsmayılov 44 günlük vətən müharibəsinin qazisidir.
Xatırladaq ki, Ə.İsmayılov barəsində məhkəmə qərarı ilə 60 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilib. Onun inzibati məsuliyyətə cəlb edilməsinin əsassızlığı ilə bağlı müraciətləri aidiyyəti üzrə araşdırılıb və təsdiqini tapmadığından qərar qüvvədə saxlanılıb.
Ə.İsmayılovla çoxsaylı izahedici söhbətlər aparılmasına baxmayaraq, onun qeydiyyatda olduğu Daşkəsən rayonunda və yaşadığı Gəncə şəhərində özünə aid olmayan nəqliyyat vasitələri ilə sərxoş vəziyyətdə avtoxuliqanlıq hərəkətləri etməsi ilə bağlı dəfələrlə tədbirlər görülüb.
Allah rəhmət eləsin!
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ