Onlayn ictimai-siyasi qəzet
Daşkəsən ərazisində elektrik enerjisinin verilməsi bərpa olunub.
“Report”un Qərb bürosunun məlumatına görə, güclü yağış səbəbindən elektrik enerjisinin verilməsində yaranmış texniki nasazlıq aradan qaldırılıb.
***
Bölgədə müşahidə olunan yağıntılı hava şəraiti Daşkəsən rayonunda bəzi fəsadlar törədib.
“Report”un Qərb bürosunun məlumatına görə, yağan güclü yağış səbəbindən Daşkəsən şəhərinin və rayonun bəzi ərazilərində elektrik enerjisinin verilməsi dayandırılıb.
Hazırda başqa fəsadların olub-olmadığı ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, güclü yağış nəticəsində Gəncə-Daşkəsən avtomobil yollunda nəqliyyat vasitələrinin hərəkətində qismən çətinlik yaranıb.
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ