Onlayn ictimai-siyasi qəzet
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti, Azərbaycan-Türkiyə Evinin və “İpək Yolu” Vəqfinin təşkilatçılığı ilə Özbəkistanın paytaxtı Daşkənddə “Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti keçirilib.
Musavat.com xəbər verir ki, mayın 18-də “Bentley Hotel”də təşkil olunmuş Sammitə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyətindən dövlət adamları, millət vəkilləri, elm və ictimaiyyət xadimləri qatılıblar. Tədbirdə həmçinin Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev və "Yeni Müsavat" Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu iştirak edib.
Sammit Azərbaycan-Türkiyə Qadınları Cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlının yekun nitqi ilə başa çatıb. O, tədbirin əhəmiyyətindən danışıb və bütün iştirakçılara təşəkkür edib.
Tədbirin sonunda iştirakçılara xatirə plaketi təqdim edilib və xatirə fotosu çəkilib.
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ