İnsanlara hürriyət, millətlərə istiqlal!

Danimarkada üç nəfər terror aktları planlaşdırmaqda ittiham edilir

Danimarka prokurorluğu üç nəfər saxlanılmış şəxsi bomba hazırlamaq üçün materiallar və silah əldə edilməsi yolu ilə terror aktları planlaşdırmaqda ittiham edib.

AZƏRTAC Danimarka KİV-nə istinadla xəbər verir ki, yerli istintaq praktikasına uyğun olaraq, saxlanılmış şəxslərin – iki kişinin və təqribən 30 yaşlarında olan bir qadının adları hələ açıqlanmır. Lakin məlumdur ki, 2021-ci ilin fevral ayında onların bomba hazırlamaq üçün materiallar əldə etməkdə iştirakı sübut edilərək həbs olunub və o vaxtdan həbsdədirlər.

Saxlanılmış şəxslər terror aktları törətmək cəhdlərində, habelə “İslam dövləti” qruplaşması ilə əlaqəsi olan şəxsə pul köçürmək yolu ilə terror fəaliyyətinin maliyyələşdirilməsində ittiham olunur. Bu şəxslərin təqsiri sübut ediləcəyi təqdirdə Danimarka məhkəməsi onları uzun müddətə, bəlkə də ömürlük azadlıqdan məhrum edə bilər.

Kopenhagen prokuroru Liz-Lotte Nilas deyib: “Bizim fikrimizcə, şübhəli şəxslərin terror aktları törətmək planları yalnız ona görə baş tutmayıb ki, bu şəxslər polis tərəfindən tutulub saxlanılıb”.

Danimarka jurnalistlərinin verdiyi məlumata görə, saxlanılmış kişilər suriyalıdır, onlardan biri İraq mənşəli qadınla evlənib. Qadının ikili vətəndaşlığı var. İttiham tərəfi onun Danimarka vətəndaşlığından məhrum edilməsinə və Danimarkadan həmişəlik sürgün edilməsinə çalışacaq.

İttiham tərəfi kişilərin də deportasiya olunmasına çalışacaq.

Saxlanılmış şəxslərin hər üçü bu il avqustun 22-də Danimarka məhkəməsi qarşısında cavab verəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR