İnsanlara hürriyət, millətlərə istiqlal!

Danilov: “Ukrayna SQ Rusiya ərazisinə daxil ola bilər”

“Lazım gələrsə, Ukrayna Silahlı Qüvvələri (SQ) Rusiya ərazisinə daxil ola bilər”.

“Report” “RBC-Ukraina”yə istinadən xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib.

Ukrayna ordusunun ölkəni qorumaq üçün Rusiya ərazisinə daxil ola biləcəyi ilə bağlı suala Danilov “əlbəttə ki, ola bilər”, - deyə cavab verib.

“Bəli, mütləq. Ölkəmizin müdafiəsi bizdən lazım bildiyimiz yerdə olmağı tələb edərsə, biz orada olacağıq. Bununla bağlı heç kəsdən heç nə soruşmayacağıq”, - o vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR