İnsanlara hürriyət, millətlərə istiqlal!

“Daily Mail”: Abramoviç hələ də Ukraynaya kömək üçün pul köçürməyib


Biznesmen Roman Abramoviç “Çelsi” futbol klubunun satışından əldə etdiyi vəsaiti hələ ki, Ukraynaya Yardım Fonduna köçürməyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” qəzeti məlumat yayıb.

Qaynaqların verdiyi xəbərə görə, Abramoviç Ukraynaya yardım fonduna vəsait köçürmək üçün müqavilə imzalamaqdan imtina edərək, “Çelsi”nin satışından əldə olunan 2,3 milyard funt-sterlinqin bir hissəsinin də müharibədən əziyyət çəkən ruslara göndərilməsini israr edir. Bu isə ingilislərin xoşuna gəlmir.

Vəsaitlərin humanitar fonda köçürülməsi London klubunu satmaq üçün sövdələşmənin tamamlanmasının şərtlərindən biri idi. Müqavilə bu ilin yanvarında bağlanıb, lakin klubun satılması ilə bağlı danışıqlar hələ Abramoviç Rusiyanın Ukraynadakı müharibəsinə görə sanksiyalar siyahısına düşməmişdən əvvəl başlayıb. Rusiyalı oliqarx 20 ildir ki, klubun sahibidir.

Qəzetin Böyük Britaniya hökumətindəki mənbələrə istinadən verdiyi informasiyaya əsasən, nə Böyük Britaniya hökuməti, nə də Avropa Komissiyası Rusiyaya qarşı sanksiyaların mövcud olduğu bir vaxtda ruslara vəsaitin köçürülməsinə razı ola bilməz.

Abramoviçin mətbuat xidmətindən verilən məlumata görə, rusiyalı milyarder pulu "münaqişənin hər iki tərəfindəki qurbanların" ehtiyacları üçün bir fonda pul köçürməkdə israrlıdır. Rusiya tərəfdən qurbanlar dedikdə kimlərin nəzərdə tutulduğu açıqlanmayıb.

Çelsinin satışından əldə olunan 2,3 milyard funt-sterlinqlik Abramoviçin şirkətlərindən birinin dondurulmuş hesabında qalır. Həmin məbləği istənilən yerə köçürmək üçün Britaniya Xarici İşlər Nazirliyinin icazəsi tələb olunur.

Qeyd edək ki, bundan öncə Böyük Britaniyanın “The Guardian” qəzeti müharibə başlamazdan üç ay əvvəl Abramoviç öz əmlakını uşaqlarının adında olan trast şirkətlər arasında payladığını bildirib. Abramoviçin yeddi övladı var, onlardan ən kiçiyi 9 yaşındadır. Onların hamısı trastlar sayəsində ən azı dörd milyard dollar dəyərində aktivlərə çıxış əldə etdilər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR