İnsanlara hürriyət, millətlərə istiqlal!

"Daha güclü şəkildə qayıdacağıq" - Bəhlul Mustafazadə

“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Konfrans Liqasının pley-off mərhələsində Belçika “Gent”inə uduzaraq (0:1, penaltilər seriyası - 3:5) mübarizəni dayandırdıqları cavab oyunu ilə bağlı "İnstaqram" hesabında paylaşım edib.

Qol.az xəbər verir ki, millisinin də üzvü olan 26 yaşlı müdafiəçi komandanın fotosunu paylaşaraq yazıb: “Bu son deyil. Biz daha güclü şəkildə qayıdacağıq”.

Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında keçirilən ilk oyunda Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb. Cavab görüşündə isə "Gent" eyni hesabla qalib gəlib. Əlavə vaxtda da mərhələ adlayan tərəf müəyyənləşməyib. Bu səbəbdən penaltilər seriyasına ehtiyac duyulub. Penaltiləri daha dəqiq yerinə yetirən "Gent" (5:3) 1/8 finala vəsiqə qazanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR