İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha bir ölkədə dağıdıcı ZƏLZƏLƏ - Yüzlərlə adam öldü

Mərakeşdə güclü zəlzələ baş verib. Nəticədə ölənlərin sayı 290 nəfəri ötüb, 153 şəxs yaralanıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərakeş Milli Geofizika İnstitutu zəlzələnin 7 bal gücündə olduğunu və episentrinin Mərakeşdən 80 km aralıda və 10 km dərinlikdə olduğunu bildirib.

Yeraltı təkanlar ölkənin şimalındakı Mərakeşin paytaxtı Rabatdan cənubdakı Sidi İfni şəhərinə qədər hiss olunub.

Mütəxəssislər bildirirlər ki, zəlzələ episentrindən 400 km radiusda hiss olunub.

Zəlzələdən zərər çəkmiş rayonlarda mobil rabitə və elektrik enerjisi ilə bağlı problemlər yaranıb.

Krallığın Daxili İşlər Nazirliyinin ilkin məlumatına görə, ölənlərin sayı 296 nəfərə çatıb.

Daxili İşlər Nazirliyi də 153 nəfərin yaralandığını bildirib.

Mərakeşdə bir neçə yaşayış binası və müxtəlif tikililər dağılıb.//News24.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR