Onlayn ictimai-siyasi qəzet
TV Formula tərəfindən təqdim olunan eksit-poll nəticələrinə görə, "Gürcü Arzusu" partiyası 40,9% səs toplayıb.
Musavat.com xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.
Eyni zamanda, müxalifət partiyaları seçki baryerini aşaraq cəmi 51,9% dəstək əldə edib.
Bu nəticələr arasında "Vahid Milli Hərəkat" 16,7%, "Dəyişikliklər Koalisiyası" 16,7%, "Güclü Gürcüstan" 10,3% və "Gaxariya – Gürcüstan Üçün" 8,2% səslə yer alıb.
Bu eksit-poll Amerika şirkəti "Edisson Research" tərəfindən Formula telekanalı üçün həyata keçirilib.
Musavat.com
15 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ