Onlayn ictimai-siyasi qəzet
«Araz-Naxçıvan» get-gedə hədəfindən uzaqlaşır.
Avrokubok zonasını tərk etməkdədirlər.
Prosesin haradan başladığı məlum, nəvaxt bitəcəyi naməlumdur.
İkinci dövrədə «Qarabağ» üzərində qazanılan 2:1 hesablı qələbədən sonra mükafat üstündə başlayan narazılıq məşqçi və futbolçu heyətini bir-birlərindən kənarlaşdırıb. Arada öncə çat yaranmışdı, indi isə bu, uçuruma dönüb.
Azər Bağırov Qəbələdə gözümə pis dəydi. Dəvəsi ölmüş ərəbəyə oxşayırdı.
Ən çox da fasilədən qayıdanda. Meydanın o başından bu başına tərəf yorğun addımlarla, dilxor nəzərlərlə gəldi.
Sifətində oxunası çox şey vardı. Məsələn, oxudum ki, çarəsizdir, 12-13 dəqiqəlik fasilədə futbolçularla söhbəti boşa gedib.
«Araz-Naxçıvan» eyforiya və pul üstündə çəkişmə buyerlərə gətirdi.
500-1000 manatın davasını edən futbolçular, xüsusən də legionerlər Azər Bağırovu rəhbərlik qarşısında danlanmaqdan yorulan şəgirdin halına salıb.
Acıyıram bu vəziyyətinə. Olmamalı idi, oldu. Təcrübənin azlığı və çoxluğu belə məqamda bilinir. Hansı komanda enişə keçmir ki!
«Real»ı da, «Barselona»sı da, «Mançester «Siti»si də bu periodu yaşayır.
Eşitmişəm, Azər Bağırov istefa verməyə hazırlaşır. Tələsməsin. Hələ dünyanın sonu deyil, krediti tükənməyib./sportinfo
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ