İnsanlara hürriyət, millətlərə istiqlal!

Barak Trampın tələblərini İsrail rəhbərliyinə şəxsən çatdırıb  

ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tom Barak İsrailə gedib.

Musavat.com xəbər verir ki, məlumatı Axios-un jurnalisti Barak Ravid yayıb.

Onun dediyinə görə, Barak baş nazir Benyamin Netanyahu ilə görüşüb: “ABŞ-ın xüsusi nümayəndəsi Tom Barak bazar günü İsrailə gəlib və Netanyahu ilə görüşüb. ABŞ prezidenti Donald Trampın İsraildən Livana zərbələri məhdudlaşdırmaq tələbini, həmçinin Suriya ilə danışıqlar məsələsini müzakirə etmək üçün”.

Ravid əlavə edib ki, səfir İsrailin strateji planlaşdırma naziri Ron Dermer, yəhudi dövlətinin xarici işlər naziri Gideon Saar və İsrailin müdafiə naziri İsrael Katz ilə də görüşüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2025

24 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR