Onlayn ictimai-siyasi qəzet
Siyasi strateq və ABŞ prezidenti Donald Trampın keçmiş müşaviri Stiv Bennon nasist salamına bənzər jestdən istifadə edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Bennon Merilend ştatının National Harber şəhərində mühafizəkar CPAC forumunda çıxışı zamanı sağ əlini “Hayl Hitler” deyirmişcəsinə yuxarı qaldırıb.
“Onların qalib gəlmələrinin yeganə yolu geri çəkilməyimizdir. Amma biz geri çəkilməyəcəyik, təslim olmayacağıq, getməyəcəyik. Mübarizə aparın, vuruşun, vuruşun”, - Bennon deyib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın andiçmə mərasimindən sonra İlon Mask iki dəfə nasist salamından fərqlənməyən jest göstərib. Bu xəbər dərhal sosial şəbəkələrdə yayılıb və istifadəçilərin reaksiyasına səbəb olub. Mask bütün ittihamları rədd edərək, “çirkli hiylələrin” demokratlardan gəldiyini söyləyib. O, həmin jesti "Roma salamı" və ya "Bellami salamı" olduğunu bildirib.
Bundan sonra bu jesti kilsədən qovulan keşiş Kalvin Robinson təkrarlayıb.
Trampın komandasının üzvlərinin bu kimi jestləri ona görə diqqət mərkəzinə gəlir ki, onlar Almaniyada fəaliyyət göstərən və neo-nasistlərdən ibarət olan “Almaniya üçün Alternativ” partiyasını dəstəkləyirlər, onu gücləndirmək və Almaniyada hakimiyyətə gəlməsinə kömək etmək istəyirlər.
Musavat.com
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ