İnsanlara hürriyət, millətlərə istiqlal!

Dağıstanda yanacaqdoldurma məntəqəsi partladı: 5 ölü var

Mahaçqala şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.

Musavat.com TASS-a istinadən xəbər verir ki, partlayış nəticəsində 5 nəfər həlak olub.

Mahaçkala Meriyasının məlumatına görə, partlayış şəhərətrafı Karabudaxkənd rayonundakı qəsəbədə baş verib. Partlayışın səbəbi hələ müəyyən edilməyib; mütəxəssislər hadisənin baş vermə şəraitini araşdırır.

Mash Telegram kanalının məlumatına görə, ölənlər arasında dərsdən evə gedərkən yanacaqdoldurma məntəqəsinin yanından keçən uşaq da var. Eyni zamanda, zərərçəkənlərin sayı, mənbənin məlumatına görə, əksəriyyəti yanacaqdoldurma məntəqəsinin işçiləri olan 9 nəfərdir.

Bəzi Telegram kanallar partlayış nəticəsində yaranan dağıntılar altında qalanların olduğunu bildirirlər.

Hazırda YDM-də yanğın və partlayışlar davam edir.

Xatırladaq ki, ötən ilin avqustunda da Mahaçkala yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış baş vermişdi. Hadisə nəticəsində 35 nəfər həlak olub, 100-dən çox adam yaralanmışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR