İnsanlara hürriyət, millətlərə istiqlal!

“Czn Burak”ın anasına hökm oxundu – Həbs cəzası  

 

Türkiyənin ən məşhur aşbazlarından olan, sosial şəbəkə fenomeni “Czn Burak” adı ilə tanınan Burak Özdəmirin anası Didem Bozburanın mühakimə olunduğu iş üzrə hökm çıxarılıb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul 21-ci Ağır Cəza Məhkəməsində keçirilən iclasda şübhəli Didem Bozbura  iştirak etməsə də digər şübhəlilər Mazhar Alp Bozbura və Yasin Şimşək iştirak ediblər. Təqsirləndirilən şəxslərin vəkilləri müvəkkillərinə bəraət hökmü çıxarılmasını və barələrində olan xarici ölkələrə çıxış qadağalarının aradan qaldırılmasını istəyiblər.

Məhkəmə Mazhar Alp Bozburanı "hədə-qorxu ilə tələb etmə" maddəsinə əsasən 5 il 2 ay 15 gün müddətinə azadlıqdan məhrum edib. Digər təqsirləndirilən şəxslər Didem Bozbura və Yasin Şimşək "qəsb" cinayətinə görə hər biri 2 il 7 ay 7 gün müddətinə azadlıqdan məhrum ediliblər. Məhkəmə həmçinin müttəhimlərin ölkədən çıxışına qoyulan qadağanın aradan qaldırılması barədə qərar verib.

Qeyd edək ki, 3 il öncə İstanbul polisi Çapa Tibb fakültəsində bəzi həkimlərin pasiyentlərdən rüşvət tələb etməsi ilə bağlı əməliyyat keçirib. Araşdırma nəticəsində professor Məzhər Alp Bozbura adlı həkimin pasiyentlərin birinin əməliyyat vaxtını önə çəkmək müqabilində xəstənin yaxınlarına brilyant aldırdığı iddia edilmişdi. Rüşvət iddiasında məşhur fenomenin anasının da iştirak etdiyi bildirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR