Onlayn ictimai-siyasi qəzet
“WikiLeaks” saytının qurucusu Culian Assanj azadlığa çıxdıqdan uzun müddət sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
Musavat.com “Independent”ə istinadla xəbər verir ki, o, təxminən 400 min matəm iştirakçısı ilə birlikdə Papa Fransiski anmaq üçün Müqəddəs Pyotr Meydanına gəlib. O, həyat yoldaşı Stella və iki oğulları ilə birlikdə mərhum Papanın xatirəsini yad edərkən foto reportyorlar tərəfindən görüntülənib.
Pasxa bazar ertəsi səhəri iflic və geri dönməz ürək çatışmazlığı səbəbindən vəfat edən Papa Fransiskin dəfn mərasimi üçün Müqəddəs Pyotr Bazilikasına təxminən 170 dünya lideri toplaşmışdı.
Julian Assanj həbsdə olduğu dövrdə, xüsusilə Londondakı HMP Belmarsh həbsxanasında saxlanılarkən Papa Fransiskdən dəstək alıb.
Musavat.com
02 May 2025
01 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ