İnsanlara hürriyət, millətlərə istiqlal!

Cozep Borrel İrandan Rusiyaya köməyi dayandırmağı tələb edib

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel və İranın xarici işlər nazir Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Aİ-nin Ali Nümayəndəsi "Twitter" hesabında bildirib.

"Mən İranın hərəkətləri ilə bağlı Aİ-nin mövqeyini bir daha diqqətə çatdırdım: insan haqlarının pozulmasını dayandırın, Rusiyanın təcavüzkar müharibəsinə dəstəyinizi dayandırın və Aİ ölkələri vətəndaşlarının qeyri-qanuni saxlanılmasını dayandırın", - Borrel vurğulayıb.

Aİ rəsmisi telefon danışığı zamanı İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığının vacibliyini də qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR