İnsanlara hürriyət, millətlərə istiqlal!

COVID-dən 3 il sonra ağciyərlərə nə olur?

Çin alimləri Uhanda koronavirusdan əziyyət çəkən xəstələrə dair uzunmüddətli tədqiqatın nəticələrini dərc ediblər.

Musavat.com xəbər verir ki, bu barədə “Doktor Piter” məlumat yayıb.

Həkim İqor İvanov bildirib ki, koronavirusdan bir il sonra bəzi insanlar hələ də müəyyən dərəcədə iltihab yaşayırlar.

Belə ki, Çin alimləri üç il ərzində COVID-dən sağalanların səhhətini diqqətlə izləyib. Xəstələr ilk altı ayda üç dəfə, sonra isə bir, iki və üç ildən sonra müayinə olunublar. Tədqiqatda deyilir ki, 2 və 3 illik izləmə zamanı COVID-19-dan sağalan 1359 nəfərdən 728-də (54 faiz) üç il ərzində ən azı bir post-COVİD simptomu olub.

Bundan əlavə, üç ildən sonra sağalmış xəstələrin ağciyərlərində viral pnevmoniya əlamətləri ("buzlu şüşə") aşkar edilib və ağciyər zədələnməsi 0,2-0,3 faiz təşkil edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR