Onlayn ictimai-siyasi qəzet
Azərbaycan COP31-in təşkili ilə bağlı Türkiyə və Avstraliya arasında gedən danışıqlarda vasitəçilik edir.
Musavat.com-un məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev jurnalistlərə açıqlamasında deyib.
“COP29 sədrinin mənə verdiyi mandata əsasən, Türkiyə və Avstraliya arasında gedən danışıqlarda vasitəçilik edirəm. Ötən həftə Nyu-Yorkda kifayət qədər intensiv görüşlərimiz, müzakirələrimiz oldu. Danışıqlar müsbət istiqamətdə irəliləyir və yaxın gələcəkdə nəticələrə şahid olacağıq. Bəlkə də ortaq COP təşkilindən söhbət gedə bilər”, - deyə Yalçın Rəfiyev vurğulayıb.
Nigar HƏSƏNLİ,
Musavat.com
29 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ