İnsanlara hürriyət, millətlərə istiqlal!

CNN ABŞ və Çin donanmalarının imkanlarını müqayisə edib - gözlənilməz nəticə

Çin hərbi gəmiqayırması həm donanmasının həcminə, həm də zavodlarının gücünə görə ABŞ-ı xeyli qabaqlayır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, CNN telekanalında iki ölkənin hərbi-dəniz gücünün müqayisə olunduğu xüsusi veriliş yayıb.

ABŞ hərbi dəniz qüvvələrinin katibi Karlos Del Toro da Bİrləşmiş Ştatlar üçün xoşagəlməz görünən nəticələri təsdiqləyib. Onun sözlərinə görə, Çin açıq şəkildə dünya okeanlarında mövcudluğunu genişləndirmək niyyətindədir. Ötən çərşənbə axşamı Vaşinqtonda mətbuat klubunda çıxışı zamanı Karlos del Toro Çinin Cənubi Çin dənizi və okeanların digər ərazilərində ABŞ daxil olmaqla digər dövlətlərin dəniz suverenliyini və iqtisadi rifahını pozmağa çalışdığını bildirib.

“Biz donanmamızı genişləndirməliyik, bizə gələcəkdə daha müasir, xüsusən də yeni təhdidlərə cavab verə bilən gəmilər lazımdır”,-deyə o, qeyd edib.

Yaxın illərdə Çin donanmasının 400 gəmisi olacaq. Hazırda Çinin 340 gəmisi var. ABŞ hərbi dəniz qüvvələrinin donanmasında isə 300-dən də az hərbi gəmi mövcuddur.

Pentaqonun 2045-ci il üçün planlarında 350 ekipajlı gəmi nəzərdə tutulur ki, bu da Çinin donanma üçün planlarının yanında əslində çox kiçik görünür. Bu arada, ABŞ-ın mövcud donanması köhnəlməyə davam edir, bəzi gəmilər ümumiyyətlə ləğv olunur.

Proqram müəllifləri qeyd edirlər ki, bu məlumat ABŞ Konqresinin Büdcə Bürosunun 2022-ci ilin noyabrında dərc edilmiş hesabatında da yer alıb.

ABŞ tərsanələri tikilməkdə olan gəmilərin sayına görə Çin tərsanələri ilə rəqabət apara bilmir. Çinin 13 gəmiqayırma zavodu var. "Bəziləri bütün gəmiqayırma müəssisələrimizdə olmayan imkanlara malikdir",-deyə Del Toro qeyd edib.

Ancaq məsələ təkcə gəmiqayırma zavodlarının sayında deyil. Bizim yeni işçilərə ehtiyacımız var. Və bu sahədə də Çin tərsanələrinin açıq üstünlüyü görünür. Çünki ABŞ-da əmək bazarına zərər verən iqtisadi məhdudiyyətlər, qaydalar və sosial tələblər Çində yoxdur”, - deyə ABŞ rəsmisi vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR