İnsanlara hürriyət, millətlərə istiqlal!

Civə alverinin görünməyən tərəfləri - təhlükəli maddəni vətəndaşlar necə əldə edir?

“Hərbi təyinatlı zəhərli maddədir, kütləvi qırğın silahlarında da istifadə edilməsi haqda məlumatlar var”

Vaxtaşırı civə alverçilərinin ələ keçməsinə dair xəbərlər yayılır. Son olaraq 25 iyulda DİN bununla bağlı açıqlama yaydı.  Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə bir nəfər şəxsin satışı qadağan edilən zəhərli kimyəvi maddə olan civə satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbir nəticəsində həmin şəxs Hacıqabul rayon sakini Toğrul Məmmədov 1 kiloqram 618 qram civəni 10 min dollara satmaq istəyən zaman polislər tərəfindən saxlanılıb. Musavat.com qeyd edir ki, civə ölkə xaricindəki qara bazarda daha baha qiymətə satılır. Məhkəmə tərəfindən Toğrul Məmmədov barəsində həbs-qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir. Məlumdur ki, civə satışı qadağan edilmiş maddələr sırasındadır. Civənin son dərəcə zəhərli maddə olduğu bilinir. Bəs bundan cinayətkar qruplar hansı məqsədlə istifadə edir? Ondan bioloji silah, bomba hazırlanırmı? Yoxsa tibbi cihazların istifadəsi üçün hansısa şirkətlər onu qara bazarda ucuz alır?  Və ən əsası, cinayətkar qruplar bu qədər emal olunmuş civəni haradan, hansı mənbədən, necə əldə edirlər?

Ot qismində qəbul olunan narkotik maddələrə görə "miqdar limitini" götürmək  lazımdır" - 09.05.2016, Sputnik Azərbaycan

Mahmud Hacıyev

“Azərbaycanda zaman-zaman civə alverçilərinin həbsi baş verir. Bu onu göstərir ki, civə almaq istəyənlər az deyil. Bu bazarın mövcudluğu, alıcıların olması onu deməyə əsas verir ki, civəni tibbi və ya digər məqsədlər üçün istifadə etmək istəyənlər var. Ələ keçən satıcılar bu yöndə ipucları verə bilərlər ki, alıcılar kimlərdir, məqsədləri nədir”. Bunu sabiq polis rəisi Mahmud Hacıyev “Yeni Müsavat”a açıqlamasında deyib. Onun sözlərinə görə zəhərli maddə olan civənin alveri qanunla qadağandır və  belə maddələrin alverini edənlər Cinayət Məcəlləsinin 240.1-ci - güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələri satış məqsədilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma - maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilirlər. Bu maddə ilə civə alverçilərini üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir. Civə strateji əhəmiyyətli məhsul, hərbi təyinatlı maddədir. Çox təhlükəli maddə olan civənin “qara bazarı” mövcuddur. Ötən açıqlamalarımda da demişdim ki, sovet ittifaqı dağılanda hərbçilər müttəfiq respublikalardakı hərbi obyektləri dağıtdılar. Həmin illərdə hərbi hissələrdən digər hərbi təyinatlı mal-materiallarla yanaşı civə də onun bunun əlinə çox keçdi.  Hərbi təyinatlı zəhərli maddədir, kütləvi qırğın silahlarında da istifadə edilməsi haqda məlumatlar var. Bu baxımdan zəhərli kimyəvi maddə olan civənin satışı qadağandır".

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR