İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinin xarici ticarət dövriyyəsi rekord həddə - 6,3 trilyon dollara çatıb

Çində son bir ildə xarici ticarət dövriyyəsi 4,4 faiz artaraq 6,3 trilyon dollar təşkil edərək rekord həddə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsi məlumat yayıb.

Məlumata görə, ötən il ölkənin ixracatı 7 faiz artaraq təxminən 3,59 trilyon dollara çatıb. İdxal 1,1 faiz artaraq 2,71 trilyon dollar təşkil edib.

Bundan əvvəl bildirilib ki, cari ilin sonunda avrozonanın ümumi daxili məhsulunun (ÜDM) həcmi artmayacaq. Eyni zamanda, bu il ABŞ-da ÜDM 0,5 faiz artacağı, Çin iqtisadiyyatının artım tempinin isə 4,3 faiz olacağı gözlənilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR