İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinin "Qızıl həftə"si gözləntiləri doğrultmadı

Çində 8 günlük "Qızıl Həftə" tətilinin (29 sentyabr - 6 oktyabr) yekunları gözləntiləri doğrultmayıb.

Musavat.com "Bloomberg"ə istinadən xəbər verir ki, hər il milyonlarla insanın səyahət etməsi və pul xərcləməsi ilə iqtisadiyyata təkan verən bayramda bu dəfə gözlənilən nəticə qeydə alınmayıb.

Rəsmi statistikaya görə, bayram günlərində ölkədə təxminən 826 milyon daxili səfər qeydə alınıb. Bu səfərlər nəticəsində 753,4 milyard yuan (103 milyard dollar) turizm gəliri əldə edilib ki, bu da 2022-ci ildəkindən xeyli yüksək, lakin hökumətin proqnozlaşdırdığı 900 milyon səfər və 782,5 milyard yuandan aşağıdır. Bu il tətil 1 gün çox olsa da, 2019-cu ildə pandemiyadan əvvəlki səviyyələrlə müqayisədə səyahət cəmi 4,1 faiz, xərcləmələr 1,5 faiz artıb. Bayramın digər göstəriciləri də iqtisadiyyatın tam bərpa olunmadığını göstərir. Belə ki, sərhəd keçidləri 2019-cu il səviyyəsinin yalnız 85 faizini təşkil edib, kinoteatrların kassa gəlirləri 39 faiz azalıb.

Ölkənin daşınmaz əmlak bazarında davam edən böhran iqtisadi artıma və istehlakçı etimadına böyük zərbə vurur. Ümumi artım zəif olsa da, bəzi böyük şəhərlərdə xərcləmələr ciddi şəkildə artıb, onlar 2019-cu ilə nisbətən daha çox ziyarətçi cəlb edə biliblər. Pekinin turizm gəlirləri demək olar ki, 22 faiz, Şanxayın əsas görməli yerlərinə səyahətlər isə 25 faiz artıb.

Bəzi iqtisadçılar, xüsusilə daşınmaz əmlak bazarında davam edən tənəzzülü nəzərə alaraq, istehlak və xidmətlərin inkişaf sürətini artırmaq üçün siyasətin daha da yumşaldılmasına ehtiyac olduğunu düşünürlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR