İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinin idxalında böyük artım: Bazarlar sevinir


Aprel ayında Çinin ixracının həcmi illik müqayisədə 1,5 faiz artaraq 292,45 milyard dollar təşkil edib.

Musavat.com xəbər verir ki, bu barədə Çin Baş Gömrük İdarəsi məlumat açıqlayıb.
Məlumata əsasən apreldə Çinin idxalı 8,4 faiz artaraq 220,1 milyard dollara çatıb.

"Trading Economics" analitikləri orta hesabla ixracın 1 faiz, idxalın isə 5,4 faiz artacağını gözləyirdilər.
Mart ayında Çin ixracı 7,5 faiz, idxalı isə 1,9 faiz azalmışdı.

Apreldə Çinin xarici ticarət profisiti bir il əvvəlki 86,46 milyard dollardan 72,35 milyard dollara, martda isə 58,55 milyard dollara düşüb. Ekspert konsensusunun proqnozu 76,7 milyard dollarlıq profisit idi.
Birləşmiş Ştatlarla ticarətin müsbət saldosu bir il əvvəlki 22,94 milyard dollardan 27,2 milyard dollara yüksəlib.

Yanvar-aprel aylarında Çinin ixracı 1,5 faiz artaraq 1,1 trilyon dollara, idxal 3,2 faiz artaraq 843,91 milyard dollara, ticarət balansının profisiti isə 255,66 milyard dollara çatıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR