Onlayn ictimai-siyasi qəzet
İyul ayında Çinin ixracının həcmi illik müqayisədə 7 faiz artaraq 300,56 milyard dollara çatıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumat Çin Baş Gömrük İdarəsinin statistikasında açıqlanıb.
Statistikadan aydın olur ki, Çinin ixracının artım sürəti iyundakı 8,6 faizdən aşağı düşüb. İyunda 2,3 faiz azalmadan sonra idxal 7,2 faiz artaraq 215,91 milyard dollara çatıb.
"Trading Economics" analitikləri orta hesabla ixracın 9,7 faiz, idxalın isə 3,5 faiz artacağını gözləyirdilər.
Çinin xarici ticarət profisiti iyunda 99,05 milyard dollardan keçən ay 84,65 milyard dollara düşüb. Bu rəqəm ötən ilin iyul ayında 80,22 milyard dollar təşkil etmişdi.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ