İnsanlara hürriyət, millətlərə istiqlal!

Çində ŞOK ölüm statistikası

Çində hər gün təxminən 9000 insanın koronavirus infeksiyasından ölmə ehtimalı var.

Musavat.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Airfinity” analitik şirkəti məlumat yayıb.

Şirkət dekabrın 1-dən bəri ölənlərin sayının 100 000 nəfərə çatdığını, 18,6 milyon insanın isə virusa yoluxduğunu təxmin edir. Gələn informasiyalara əsasən, Çin rəsmiləri gündə sadəcə bir neçə min yoluxma hadisəsi barədə məlumat verir, dekabrın 7-dən isə rəsmi olaraq koronavirus infeksiyasından 10 ölüm hadisəsi qeydə alınıb.

“Airfinity” ölənlərin sayının yanvarın 23-də gündə təxminən 25 000-ə çatacağını gözləyir. Şirkətin bəyanatından sonra məlum olub ki, ABŞ COVID-19-un hər hansı yeni variantını izləmək üçün beynəlxalq reyslərin təyyarələrindən yeni nümunələr götürməyi düşünür. Bundan əvvəl ABŞ və bir sıra digər ölkələr də Çindən gələn səyahətçilərin koronavirus üçün məcburi mənfi testlər tələb edəcəyini bildiriblər.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR