İnsanlara hürriyət, millətlərə istiqlal!

Çində pensiya yaşı artırılır

Çin hakimiyyəti ölkə əhalisinin pensiya yaşını bir neçə il artırmaq qərarına gəlib. Belə ki, kişilər üçün müəyyən edilmiş pensiya yaşı mərhələli şəkildə 60-dan 63-ə, qadınlar üçün - zavod işçiləri üçün 50-dən 55-ə, dövlət qulluqçuları üçün isə 55-dən 58-ə qaldırılacaq.

Musavat.com ölkənin Əmək Nazirliyinin açıqlamasına istinadən xəbər verir ki, bu tədbir “Çinin demoqrafik inkişafındakı yeni vəziyyətə uyğunlaşmanı” təmin etmək məqsədi daşıyır.

Qeyd edək ki, Çin əhalisi sürətlə qocalır. 2030-cu ildə müxtəlif hesablamalara görə, Çində 350-400 milyon işsiz pensiyaçı olacaq ki, bu da əslində dövlətə məxsus olan pensiya fondları üçün böyük yük yaradır.

Məlumata görə, Çində pensiya islahatı mərhələli və çevik şəkildə aparılacaq. Bu proses 15 il davam edəcək. Bundan əlavə, iqtisadiyyatın müxtəlif sahələrində çalışan işçilər üçün pensiya yaşının artırılması şərtləri fərqlidir.

Qeyd edək ki, pensiya yaşının artırılması qərarı Çində əmək məhsuldarlığının nəzərəçarpacaq dərəcədə aşağı düşməsi fonunda verilib. Bu göstərici 2015-ci ildə pik həddinə çatıb, sonra tədricən azalmağa başlayıb. Buna görə də yeni işçilərə, xüsusən də yüksək ixtisaslı kadrlara ehtiyac yaranıb. Eyni zamanda 16-24 yaşlı gənclər arasında ciddi işsizlik var. İyul-avqust ayları üzrə rəqəmlər onun demək olar ki, 20 faizə çatdığını göstərir. Bu, Çin hakimiyyətində əmək bazarının tənzimlənməsinə yanaşmaların dəyişdirilməsi zərurəti ilə bağlı ciddi narahatlıq yaradıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR