İnsanlara hürriyət, millətlərə istiqlal!

Çində mobil telefonların tədarükü 22,6 faiz azalıb

2022-ci ildə Çində mobil telefonların ümumu tədarük həcmi 272 milyon ədəd təşkil edib ki, bu da 2021-ci ildə qeydə alınan göstəricidən 22,6 faiz azdır.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Çinin İnformasiya və Kommunikasiya Texnologiyaları Akademiyası ölkədə 5G rabitə texnologiyası ilə təchiz olunan smartfonların tədarükünün də aşağı düşdüyünü bildirib. Müvafiq göstərici ötən il 19,6 faiz azalaraq illik ifadədə 214 milyon ədəd (ümumi mobil telefon tədarükünün 78,8 faizi) təşkil edib.

Akademiyanın məlumatına görə, 2021-ci ildə Çində mobil telefon tədarükünün ümumi həcmi 13,9 faiz artaraq 351 milyon ədədə, 5G rabitə texnologiyası ilə təchiz olunan smartfonların tədarükü isə 63,5 faiz artaraq 266 milyon ədədə çatmışdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR