Onlayn ictimai-siyasi qəzet
Çinin cənubunda yerləşən Quandun əyalətində yüksəksürətli magistral yolun bir hissəsinin çökməsi nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə “CCTV News” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, daha 30 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alsa da, ciddi həyati təhlükələri yoxdur.
Xatırladaq ki, magistral yolun bir hissəsi çökdükdən sonra 18 avtomobil dağıntılar altında qalıb. Dağıntıların təmizlənməsi davam edir. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ