İnsanlara hürriyət, millətlərə istiqlal!

Çində 13 turist dağda itkin düşüb

Çinin cənub-qərbindəki Yünnan vilayətində Çanşan dağındakı mənzərəli kurort əraziyə qanunsuz səfər edən 13 nəfər itkin düşüb.

AZƏRTAC yerli mənbələrə istinadla xəbər verir ki, turistlər kurort əraziyə gedən yoldakı yoxlama məntəqəsindən yan keçməklə icazəsiz olaraq dağa gediblər. Yanbi muxtar rayonundakı kurort zona epidemik vəziyyətlə əlaqədar 2020-ci ilin martından qapalı rejimdə fəaliyyət göstərir.

Hazırda ərazidə axtarış işləri aparılır. Axtarış işləri zamanı 10 nəfərlik daha bir qanunsuz turist qrupu aşkarlanaraq ərazidən uzaqlaşdırılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR