Onlayn ictimai-siyasi qəzet
Çin hakimiyyəti noyabrın 1-dən xarici investisiyalara qoyulan məhdudiyyətlərin siyahısını 31 bənddən 29 bəndədək azaldacaq. Bu isə o deməkdir ki, istehsal sektoruna xarici vəsaitlərin yatırılması ilə bağlı qüvvədə olan qadağalar sıfırlanacaq.
Musavat.com xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında qeyd edilir ki, bu addım Çin sədri Si Cinpinin milli istehsalda xarici kapitala qoyulan məhdudiyyətləri tamamilə ləğv etmək qərarına uyğun olaraq atılıb:
“Bununla da istehsal sektoruna xarici investisiya qoyuluşlarına edilən məhdudiyyətlərin sayı sıfıra endirilir”.
Sənəddə qeyd olunur ki, qadağa tətbiq olunmayan iqtisadi fəaliyyət sahələrinin maliyyələşdirilməsi “daxili və xarici kapitalın uyğunluğu prinsipinə uyğun olaraq nəzarətə götürülür”. Yəni belə olan halda xarici şirkətlər də Çin şirkətləri ilə eyni qaydalara tabe olurlar. Qeyd edilir ki, Çin hökuməti risklərə “açıqlığı və təhlükəsizliyi qəti şəkildə təmin edərək” nəzarət edəcək.
Dərc edilmiş siyahıdan belə çıxır ki, Çin heyvandarlıq, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (4 bal), mədənçıxarma sənayesi (1 bal), elektrik, istilik, su təchizatı və qazlaşdırma (1 bal), topdan və pərakəndə ticarət (1 bal), nəqliyyat (4 bal), telekommunikasiya (2 bal), icarə (3 bal), elm və texnologiya (3 bal), təhsil (2 bal), səhiyyə ( 1 bal), mədəniyyət, idman və əyləncə sənayesi (7 bal) sahələrində xarici investisiyalara məhdudiyyətləri saxlayır.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ