İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin və ABŞ nümayəndələri Münxen konfransında şar üstündə mübahisə etdilər

ABŞ və Çin arasında Birləşmiş Ştatlar tərəfindən vurulan hava şarına görə kəskin mübahisə yaşanıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Çin Dövlət Şurasının üzvü Van İ ABŞ-ı beynəlxalq normaları pozmaqda ittiham edib və Vaşinqtonun davranışını “isterika” adlandırıb.

"Bir hava şarını raketlə vurmaq üçün ən müasir döyüş təyyarəsi göndərmək inanılmazdır, demək olar ki, isterik davranışdır. Bütün dünyada o qədər çox şar var ki... Buna görə də Birləşmiş Ştatlar onların hamısını vurmalıdır?", - deyə, Van hiddətini dilə gətirib.

ABŞ-ın vitse-prezidenti Kamala Harris daha sonra ÇXR nümayəndəsinin sözlərinə reakiya verib. Onun sözrləinə görə, "Çin 24 fevral işğalından sonra Rusiya ilə münasibətlərini dərinləşdirib və Çinin Rusiyaya dəstəyi hazırkı beynəlxalq düzəni poza bilər”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR