İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin Vaşinqtona ultimatum verdi: “Səmimisinizsə, tarifləri ləğv edin”

Vaşinqton Çinlə danışıqlar aparmaq istəyində səmimidirsə, tarifləri ləğv etməlidir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu bəyanatla Çinin Ticarət Nazirliyi çıxış edib.
Nazirlik bildirir ki, “tarif və ticarət müharibəsi ABŞ tərəfindən birtərəfli qaydada başladılıb”: “Əgər Birləşmiş Ştatlar danışıqlar aparmaq istəyirsə, o, öz səmimiyyətini nümayiş etdirməli və səhv hərəkətlərini düzəltmək və birtərəfli tarifləri ləğv etmək üçün addımlar atmağa hazır olmalıdır”.

Bəyanatda qeyd edilir ki, “son vaxtlar ABŞ tariflərin tənzimlənməsi məsələsini daim qeyd edir”.

Ticarət Nazirliyinin fikrincə, əgər Vaşinqton mümkün danışıqlar zamanı səhv hərəkətlərini düzəltməsə, “bu, ABŞ-ın tamamilə qeyri-səmimi olduğu anlamına gələcək və tərəflərin bir-birinə olan inamını daha da sarsıdacaq”: “Bir şey söyləmək və başqa bir şey etmək, danışıqlar adı altında məcbur etməyə və ya şantaj etməyə çalışmaq - bu, Çinlə işləməyəcək”.

ABŞ dövlət katibi Marko Rubio isə Çinlə tezliklə ticarət danışıqlarının aparılmasını mümkün sayıb. Rubio Fox News-a deyib: "Onlar görüşmək istəyirlər. Danışmaq istəyirlər. Bizdə bunu edən insanlar var. Aydındır ki, bizim maliyyə nazirimiz Skott Bessent bu səylərdə iştirak edir və bu danışıqlar tezliklə baş tutacaq".

Eyni zamanda o, bir daha ABŞ-ın Çindən asılılığını azaltmağın zəruriliyini qeyd edərək, "Pekin tərəfindən ədalətsiz ticarət praktikasının, o cümlədən valyuta manipulyasiyası, dempinq və əqli mülkiyyətin oğurlanması"nın mövcud olduğunu bildirib.

Dövlət katibi indiki mərhələni kritik adlandırıb: “Prezident Donald Tramp indi hərəkət edir, çünki gözləməyə vaxt yoxdur. Bu asılılığın daha iki il davam etməsi və biz ciddi təhlükə altında olacağıq".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 May 2025

BÜTÜN XƏBƏRLƏR