İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin Trampın davranışlarından öz hesabını götürüb

Sabah Çinin Xalq Siyasi Məsləhət Şurasının sessiyası, ardınca ÇXR parlamentinin iclası açılacaq.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ənənəvi olaraq, mətbuatın iştirakı ilə keçirilən görüşlərdə Çin sədri Si Cinpin və hökumətin daxili, xarici siyasət və iqtisadiyyatla bağlı ən mühüm göstərişləri açıqlanacaq.

Çin mediası Donald Tramp və Vladimir Zelenski arasında baş verən söz atışmasını ətraflı şəkildə işıqlandıraraq belə bir yekun qənaətə gəlib ki, Ağ Ev rəhbərinin Çinlə dost olmaq istəyi ilə bağlı vədlərinə inanmaq lazım deyil.

Dövlət rəhbəri Si Cinpinin sözlərinə görə, Çin həm iqtisadiyyatda, həm də xarici arenada ciddi problemlərlə üzləşməli olduğu şəraitdə öz xalqının rifahının yaxşılaşdırılması yolu ilə inamla getməlidir. “Sinxua” agentliyi tərəfindən yayılan nitqin mətnindən baş katibin hansı konkret çağırışları nəzərdə tutduğunu bilmək çətindir. Amma Qərb ekspertləri deyirlər ki, bu, alıcısı olmayan yeni tikilmiş mənzillərlə bağlıdır, yəni daşınmaz əmlak sektorundakı böhranla əlaqədardır.

Cinpin Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbər rolunu gücləndirmək barədə danışıb. Çünki məhz Mərkəzi Komitənin “müdrik siyasəti sayəsində” Çin iki möcüzəni həyata keçirib, sürətli iqtisadi artıma və uzunmüddətli daxili sabitliyə nail olub.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp hələ prezidentliyə namizəd olduğu vaxtlarda dəfələrlə Çinin iqtisadi inkişafını durdurmağa çalışacağını bildirib, bu ölkəyə qarşı düşmən münasibətdə olduğunu gizlətməyib. Buna cavab olaraq Çin rəhbərliyi təmkinli davranır, diplomatik açıqlamalarla çıxış edir. Trampla Zelenskinin qovğasından sonra isə Çində belə bir rəy yaranıb ki, ABŞ prezididentinin təhdidlərinə çox da önəm verməyə dəyməz.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR