İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin qlobal hakimiyyət yolunda addımlar atır


Çin polisinin xaricdə, əsasən Avropa və Afrikada 100-dən çox şöbəsi var. Onlar bu ölkələrdə yaşayan Çin vətəndaşlarına casusluq etməklə, bəzi hallarda onları təqib edərək vətənlərinə qaytarmaqla məşğuldurlar.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Madriddə yerləşən “Safeguard Defenders” hüquq müdafiə təşkilatı xüsusi hesabat yayıb.

Hesabatda bildirilir ki, Çinin digər ölkələrlə bağladığı ikitərəfli müqavilələr əsasında fəaliyyət göstərən polis missiyaları şəbəkəsi dünyanın ən azı 53 ölkəsində mövcuddur. Hələ bu ilin sentyabr ayında “Safeguard Defenders” 54 belə nümayəndəliyin açıldığını bildirmişdi; yeni hesabatda isə onlara daha 48 idarə əlavə edilib.

Hüquq müdafiəçilərinin bildirdiyinə əsasən, Çin polisi xaricdəki şöbələri vasitəsilə xaricdə yaşayan vətəndaşlarına təzyiq göstərir və onları vətənlərinə qayıtmağa məcbur edir. “Safeguard Defenders”görə, polis Çində qalmasında maraqlı olduqları şəxslərin qohumlarına qarşı şantaj və hədələrdən istifadə edir. İnsan haqları müdafiəçiləri Fransa, Serbiya və İspaniyadan ən azı üç vətəndaşın Çinə məcburi qaytarılması faktını çatıdırıblar.

Rəsmi Pekin öz polis bölmələrinin dünyanın müxtəlif ölkələrində olmasını inkar etmir, lakin onların yalnız xaricdə yaşayan çinlilərə xidmət göstərmək - məsələn, sürücülük vəsiqəsi kimi yeni sənədlərin alınması və köhnə sənədlərin yenilənməsi kimi işlərlə məşğul olduğunu bildirir.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbinin özlərinə görə, bunlar polis idarələri deyil, bürokratik problemlərini həll etmək üçün yaradılan “xidmət mərkəzləri”dir. Həmçinin, Çin həmin idarələrdə əsasən könüllülərin çalışdığını iddia edir. Lakin “Safeguard Defenders” “xidmət mərkəzlərində”  peşəkar polislərin çalışdığını sübuta yetirən faktları dərc edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR