İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin neft-qaz hasilatını yenə artırdı

İyul ayında Çin neft hasilatını ötən ilin eyni ayı ilə müqayisədə 3,4 faiz artıraraq 17,9 milyon tona çatdırıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Çin Dövlət Statistika İdarəsi yayıb.

Neft emalının həcmi 6,1 faiz azalaraq 59,06 milyon tona düşüb.

Yanvar-iyul aylarında neft hasilatı 2,1 faiz artaraq 124,96 milyon ton, neft emalı isə 1,2 faiz azalaraq 419,15 milyon ton olub.

İdarənin hesabatına görə, yeddi ayda ölkədə təbii qaz hasilatı 143,6 milyard kubmetr təşkil edib ki, bu da 2023-cü ilin analoji dövrünün göstəricisindən 6,2 faiz çoxdur. İyulda hasilat 7,9 faiz artaraq 20 milyard kubmetrə çatıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR