İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin Monqolustandan kömür oğurlayan məmurları edam etdi

ÇXR Monqolustandan kömür oğurluğunda əli olmaqda ittiham olunan məmurları edam edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “CentralAsia” məlumat yayıb.

“Çin tərəfi həmçinin bu işdə iştirak edən Monqolustan siyasətçilərinin adlarını baş nazir Luvsannamsrayn Oyunu-Erdeneyə göndərib”, - deyə sayt yazıb.

Qeyd edək ki, Monqolustandan Çinə ixrac edilən 1,8 milyard dollarlıq kömürün oğurlanması ilə bağlı çıxan xəbərlərə görə paytaxt Ulan-Batorda bir neçə min insanın iştirak etdiyi iğtişaşlar baş verib. Etirazçılar hökumət sarayına basqın etməyə də cəhd ediblər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR