İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin koronavirusla bağlı ABŞ-a çağırış etdi: Biolaboratoriyaların məlumatlarını açıqlayın

Çinin Vaşinqtondakı səfirliyinin mətbuat katibi Liu Panüy ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) koronavirusun mənşəyi ilə bağlı iddialarına cavab verib.

Musavat.com xəbər verir ki, o, CIA rəhbərinin COVID-19-un Uhan laboratoriyasından sızması barədə açıqlamalarını "Çini nüfuzdan salmağa yönəlmiş siyasi manipulyasiya" adlandırıb.

“ABŞ başqa ölkələrə qarşı əsassız ittihamlarını dayandırmalı və dünyadakı biolaboratoriyalarının fəaliyyətinə dair məlumatları açıqlamalıdır,” – deyə Liu Panüy vurğulayıb.

O əlavə edib ki, virusun mənşəyi elmi araşdırmalarla müəyyən olunmalıdır: “Bu, mürəkkəb bir elmi məsələdir və siyasətçilər tərəfindən deyil, tədqiqatçılar və mütəxəssislər tərəfindən hərtərəfli və metodik araşdırmalar yolu ilə həll edilməlidir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR