İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin kanadalıları EDAM ETDİ

Çin narkotik qaçaqmalçılığı ittihamı ilə 4 kanadalını edam edib. 

Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Kanada hakimiyyəti edamların bu ilin əvvəlində həyata keçirildiyini bildirib .

Kanadanın xarici işlər naziri Melani Colinin sözlərinə görə, edam edilənlərin hamısının ikili vətəndaşlığı olub. Onların kimliyi açıqlanmır.

Coli deyib ki, Kanada rəsmiləri, o cümlədən keçmiş baş nazir Castin Trüdo dörd kanadalının işini yaxından izləyib və edamların qarşısını almağa çalışıb.

BBC qeyd edir ki, Çin ikili vətəndaşlığı tanımır və narkotik cinayətlərinə qarşı sərt mövqe tutur. Lakin əcnəbilərə ölüm cəzası çox nadir hallarda tətbiq edilir.

Martın 20-də Çin Xarici İşlər Nazirliyi bildirib ki, Çin hakimiyyəti qanunlara uyğun hərəkət edib və edam edilənlərin cinayətləri ilə bağlı kifayət qədər sübutlar var. Departament Pekinin Kanada vətəndaşlarının hüquq və maraqlarına tam zəmanət verdiyini vurğulayaraq Ottavanı Çinin məhkəmə suverenliyinə hörmət etməyə çağırıb.

Çinin Kanadadakı səfirliyinin sözçüsü Ottavanı illərdir davam edən gərginlikdən sonra ölkələr arasında münasibətlərin daha da pisləşməsinin qarşısını almaq üçün məsuliyyətsiz bəyanatlar verməyi dayandırmağa çağırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Mart 2025

BÜTÜN XƏBƏRLƏR