İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin İran vasitəsilə Rusiyaya kömək etmək cəhdində şübhəli bilinir

 

İran Rusiya ordusunun Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı istifadə etdiyi raketlər üçün yanacaq alınması ilə bağlı Çin və Rusiya ilə gizli danışıqlara başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Amerikanın “Politico” jurnalı məlumat yayıb.

Səfirlik dairələrindəki mənbənin sözlərinə görə, Pekində iranlı diplomat Səccad Əhədzadə Rusiya və Çin şirkətlərindən İranın Rusiya ordusuna verdiyi bərk yanacaq raketlərinin istehsalında istifadə olunan ammonium perxlorat almağa razılaşıb.

Nəşrin fikrincə, bu sxem Pekinə İranın vasitəçiliyi ilə Ukraynadakı münaqişədə BMT sanksiyalarından yan keçərək və Qərbdəki ticarət tərəfdaşlarının xəbəri olmadan Moskvaya əhəmiyyətli köməklik etməyə imkan verir. Avropa ölkələri münasibətləri korlamaq Çinin maraqlarına uyğun deyil və bu dövlət "qoca qitə"nin hegemonları ilə açıq münaqişəyə getmək istəmir.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR