İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin Avropa Şurası rəhbərinin Şanxaydakı sərgidəki videomüraciətini ləğv edib

Çin hakimiyyəti Şanxayda keçirilən Beynəlxalq İdxal Sərgisinin açılışında Avropa Şurasının rəhbəri Şarl Mişelin videomüraciətinin yayımını ləğv edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Avropa diplomatik dairələrindəki mənbələrə istinadən məlumat yayılıb.

Tədbir noyabrın 5-də açılıb. Burada Mişelin sərgi iştirakçılarına qeydə alınmış video müraciətinin yayımlanacağı gözlənilirdi.

“Reuters”in məlumatına görə, Şarl Mişel çıxışında Rusiyanın Ukraynaya qarşı müharibəsini kəskin tənqid edib, həmçinin AB-nin Rusiya enerjisindən həddindən artıq asılılığını vurğulayıb. AB Şurasının rəhbəri həmçinin Çini Rusiya və Ukrayna arasında hərbi münaqişənin həlli üçün təsir imkanlarından istifadə etməyə çağırıbmış.

Çin hakimiyyəti müraciətin ləğvi ilə bağlı məlumatları şərh etməkdən boyun qaçırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR