İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin ABŞ-a güzəşt etməyəcək – ŞOK etiraf

Ağ Ev administrasiyasının Çinin ABŞ-ın təzyiqi altında ticarət əlaqələrində güzəştə gedəcəyinə olan ümidlərinin əsası yoxdur.

Musavat.com xəbər verir ki, bunu Amerikanın ən böyük bankı olan "JPMorgan Chase"in baş direktoru Ceymi Dimon deyib.

O, Kaliforniyada Ronald Reyqan Prezident Fondunun təşkil etdiyi iqtisadi forumda çıxış edərkən bildirib:

"Mən Çindən yenicə qayıtmışam. Onlar qorxmurlar. Onların Amerikaya boyun əyəcəklərini gözləməzdim. Əgər onların problemi olsa, onu həll etmək üçün 100 min mütəxəssis göndərirlər. Onlar illərdir buna hazırlaşırlar".

Dünən "Bloomberg" xəbər verib ki, ABŞ administrasiyası Çinin texnologiya sektoruna qarşı ticarət məhdudiyyətlərini gücləndirməyə yönəlmiş tədbirlər kompleksi hazırlayır.

Məqalədə qeyd olunub ki, Çinin ən böyük yarımkeçirici şirkətlərindən bəziləri artıq ABŞ-ın sanksiya siyahısındadır. Yeni siyasətin məqsədi "yeni törəmə şirkətlər yaratmaqla məhdudiyyətlərdən yayınmanın qarşısını almaqdır".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyun 2025

01 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR