İnsanlara hürriyət, millətlərə istiqlal!

Çimərliklər mövsümə hazırdır? - VİDEO

Çimərlik mövsümünün başlamasına cəmi bir həftədən az vaxt qalıb.

Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, Bakı və ətraf bölgələrdəki dənizkənarı istirahət mərkəzləri hazırlıqları yekunlaşdırmaq üzrədir.

Çəkiliş apardığımız istirahət məkanının administratoru İbrahim Novruzov deyir ki, hazırlıqları 2 aya yaxındır davam edir.

Onun sözlərinə görə, hər il olduğu kimi, bu il də əraziyə giriş və dənizə çıxış tamamilə ödənişsizdir.

Çimərlikdə xidmətlərlə yanaşı, restoran və kafe zonalarında da qiymətlər stabil saxlanılıb. İstirahət mərkəzinin əməkdaşı yemək qiymətlərində artımın olmadığını deyir.

Qeyd edək ki, çəkiliş apardığımız istirahət mərkəzlərində təmizlik, təhlükəsizlik və xidmət səviyyəsi ilə bağlı müvafiq qurumların monitorinqi davam edir. Rəsmi çimərlik mövsümü isə iyunun 15-də açılacaq.

Daha ətraflı videomaterialı təqdim edirik.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2025

09 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR