İnsanlara hürriyət, millətlərə istiqlal!

Çimərlik futbolu üzrə Azərbaycan yığması Almaniyanı məğlub edib


Çimərlik futbolu üzrə Azərbaycan millisi Portuqaliyanın Nazare şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Musavat.com "report"a istinadən xəbər verir ki, yığma B qrupunun II matçında Almaniya kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan millisinin 6:5 hesablı qələbəsi ilə yekunlaşıb.

Əvvəlki görüşdə İtaliyaya 3:7 hesabı ilə uduzan komanda iyulun 3-də İspaniya ilə qarşılaşacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR