İnsanlara hürriyət, millətlərə istiqlal!

Çilili üzgüçü Antarktida sularında 2490 metr üzərək rekorda imza atıb

Çilili üzgüçü Barbara Ernandes Antarktidanın soyuq sularında 2490 metr məsafəyə üzən ilk insan olub.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, suyun temperaturunun 2,2 dərəcə olmasına baxmayaraq, 37 yaşlı qadın həmin məsafəni adı çimərlik geyimində üzüb. Onun məqsədi bu yolla diqqəti arktik suların qorunmasına cəlb etmək olub.

Barbara Ernandes uzun illərdir ki, Antarktidada üzməyi arzuladığını və qarşısına dünya okeanının bütün yeddi hissəsində üzmək hədəfi qoyduğunu deyib. Onun sözlərinə görə, Antarktidada üzmək fiziki cəhətdən çox çətindir, lakin arktik suların mühafizəsinin vacibliyini qərarlar verən insanlara çatdırmağa dəyər.

Atlantik və Sakit Okean arasında yerləşən Dreyk boğazında bir dəniz mili məsafəsini ən tez üzmək rekordu da Barbara Ernandesə məxsusdur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR