İnsanlara hürriyət, millətlərə istiqlal!

Cibində peçenye gözləyən atanın üzü güldü: Bir oğluna qovuşdu - VİDEO

Türkiyə tarixinin ən böyük fəlakətlərindən birini yaşayır. Fevralın 6-da Kahramanmaraşda baş verən iki şiddətli zəlzələ geniş coğrafiyaya yayılıb. 10 əyalətdə böyük dağıntılara səbəb olan hadisədə minlərlə insan həyatını itirib.

Türkiyədə yaxınları dağıntılar altında qalan bəzi şəxslərin reaksiyaları həm ölkə, həm də dünya mediasında əsas xəbərlərə çevrilib.

Hatayda ailəsi dağıntılar altında qalarkən ona verilən peçenyeni cibində saxlayan və övladlarına vermək istəyən atanın görüntüsü də buna şamildir. Xoşbəxtlikdən cibində övladı üçün peçenye saxlayan atanın üzü qismən gülüb. Belə ki, onun oğullarından biri dağıntılar altından sağ çıxarılıb. Ata və övladının görüşmə səhnəsi bütün Türkiyəni göz yaşlarına boğub.

BAKU.WS

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR