İnsanlara hürriyət, millətlərə istiqlal!

CHP-dən Məhərrəm İncəyə ŞOK TƏKLİF

İYİ Partiyadan seçkilərdə əməkdaşlıq təklifinə rədd cavabı alan CHP ittifaq səylərini davam etdirir. Bu çərçivədə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və Məmləkət Partiyasının sədri Məhərrəm İncə dekabrın 1-də görüş keçirib. Keçən həftə keçirilən görüşdə bələdiyyə seçkiləri ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub.

Musavat.com haberler.com-a istinadən xəbər verir ki, bu barədə tanınmış jurnalist İsmail Saymaz Sözcü TV-də verdiyi açıqlamada bildirib:

"Məhərrəm İncə bir neçə həftə əvvəl bütün müxalifətə çağırış etdi. Bunlardan birincisi sandıq təhlükəsizliyi və əməkdaşlıq çağırışı idi. Bu çağırışa CHP-dən müsbət cavab verilib. Öyrəndiyimə görə İmamoğlu və Məhərrəm İncə ötən cümə günü görüşüb. Bu görüşdə ittifaq məsələsi də müzakirə olunub".

Onun sözlərinə görə, əməkdaşlıq çərçivəsində Məhərrəm İncəyə İzmir Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizədlik təklif edilib.

Məhərrəm İncə görüşü təsdiqləyib və "Seçkidə əməkdaşlıq məsələsini müzakirə etdik" deyib.

chp-izmir-de-muharrem-ince-yi-ad (1).jpg (51 KB)

Məhərrəm İncənin gələn həftə CHP sədri Özgür Özəl ilə görüşəcəyi də iddia edilib.

Saymazın sözlərinə görə, İncə əməkdaşlığı gözlədiyini deyib:

"Müxalifətin əlində olan şəhərlərin Ədalət və İnkişaf Partiyasına (AKP) keçməsini istəmirəm. Buna razı ola bilmərəm. Bu baxımdan əməkdaşlıq təkliflərinə açığam. Gələn həftə görüşəcəyik”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR