İnsanlara hürriyət, millətlərə istiqlal!

"Check-up" müayinələr pulsuz olacaq? - RƏSMİ AÇIQLAMA

Vətəndaş yalnız tibbi göstəriş, yəni sağlamlıqla bağlı şikayəti olduğu halda, icbari tibbi sığorta hesabına, ödəniş etmədən tibbi müayinədən keçə bilər.

Musavat.com bildirir ki, bu barədə Trend-ə özəl müsahibəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi xidmətlər və dərman vasitələri departamentinin rəhbəri Nərgiz Ağayeva deyib.

O qeyd edib ki, tibbi göstəriş yoxdursa, icbari tibbi sığorta hər hansı müayinənin ödənişini qarşılamır.

"Arayışın alınmasında isə tibbi göstəriş yoxdur. Ona görə də profilaktik müayinə sayılır və icbari tibbi sığorta təminatına daxil deyil.

Sağlamlıq haqqında arayış üçün təyin olunan 40,12 manatı ödəyən vətəndaş terapevt, cərrah, nevropatoloq, oftalmoloq, otolarinqoloq, dermatoveneroloq, stomatoloq müayinəsindən keçir, flüoroqrafiya, qanın və sidiyin ümumi analizini verir. Arayışın qiyməti təyin edilərkən tibbi xidmətlərin maya dəyəri, əhalinin tələbatı, instrumental-laborator müayinələrin həcmi nəzərə alınır.

Lakin gələcəkdə ola bilsin ki, "check-up" müayinələrini Xidmətlər Zərfinə salaq və ya ilkin səhiyyədə bu müayinələr aparılsın. Bu müayinələrin də nəticəsində artıq sağlamlıq haqqında arayış formalaşacaq. Yəni, bunun üzərində işləyirik. Ona görə də hansı "check-up" Xidmətlər Zərfinə salınacaqsa, ondan irəli gələn arayışların da Xidmətlər Zərfinə salınması barədə düşünəcəyik", o əlavə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR