İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Məmmədov: “İran səfirliyimizi yüksək səviyyədə qorumalı idi”

 

“Bütün Hallarda Tehranda baş verən hadisələrə görə həm də İran dövləti məsuliyyət daşıyır. Azərbaycan səfirliyinin təhlükəsizliyini ən yüksək səviyyədə təmin edilməli idi. Azərbaycanda İranın səfirliyi ən yüksək səviyyədə qorunur. İranda da bizim səfirliyimiz yüksək səviyyədə qorunmalı idi”.

Musavat.com bildirir ki, bu sözləri millət vəkili Ceyhun Məmmədov bildirib. Millət vəkili həmçinin qeyd edib ki, baş verən hadisədə İranın Azərbaycan əleyhinə davamlı olaraq apardığı təbliğatın da rolu böyükdür:

“Bütün baş verən hadisələr fonunda İrandan Azərbaycan əleyhinə aparılan düşmənçilik təbliğatına son qoyulmalıdır.

Əgər kimsə düşünürsə ki, bu kimi addımlarla Azərbaycanı haqq mövqeyindən daşındıra biləcək, yanılır. Səfirliyimizi peşəkarlıqla qoruyan təhlükəsizlik xidmətinin əməkdaşlarına təşəkkür edir, dünyasına dəyişənlərə rəhmət, yaralananlara şəfa diləyirəm”.

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR