İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Bayramov Şarl Mişellə görüşdü - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqı Şurasının sabiq prezidenti Şarl Mişellə görüşüb.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi "X" hesabında paylaşım edilib.

Müzakirələr zamanı tərəflər regional və beynəlxalq təhlükəsizliklə bağlı bir sıra məsələləri müzakirə ediblər.

Tərəflər həmçinin münaqişədən sonrakı regional dinamikaya, xüsusilə sülh sazişi ilə bağlı son proseslərə, eləcə də qarşıda duran çətinliklərə diqqət yetiriblər.

Görüşdə Şarl Mişelin Avropa İttifaqı Şurasının prezidenti kimi əvvəlki vəzifəsində göstərdiyi əhəmiyyətli səylərə görə təşəkkür edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Mart 2025

BÜTÜN XƏBƏRLƏR